• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlandı

İDMAN

10 Sentyabr 2022 | 14:55

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlandı

"Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və müdafiəçi Azər Salahlı bərpa prosesi keçir. Bir həftədən sonra Azərbaycan millisinin üzvünün gips sarğıları açılacaq və fizioterapiya başlanacaq. Meza Kollidə isə artıq bu proses start götürüb və o, hələlik yüngül hərəkətlərlə kifayətlənir.

Ötən tur "Sumqayıt"la oyunda (3:0) zədələnən Vato Arveladzenin, həmçinin bir həftə öncə məşqdə çiynindən xəsarət alan Rza Cəfərovun müalicəsi davam edir.

Kenni Sayefin isə gözaltı çuxurunda əzilməyə bağlı qansızma müşahidə olunsa da, israilli oyunçu komanda ilə məşqlərə qoşulub. O, "Qəbələ"yə qarşı Premyer Liqanın VI tur matçında oynaya biləcək.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026