Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, yığma D qrupunda Xorvatiya, Uels, Ermənistan və Latviya ilə mübarizə aparacaq.
Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin qruplarında ilk iki pilləni tutan milli komandalar birbaşa Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
















