• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Pley-offda “Qarabağ”ın rəqibi bəlli oldu -  Konfrans Liqasını

İDMAN

07 Noyabr 2022 | 17:16 | Müəllif: Qalib İbrahimoğlu

Pley-offda “Qarabağ”ın rəqibi bəlli oldu - Konfrans Liqasını

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Təmsilçimiz bu turnirin pley-offunda “Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.

Bu gün təşkil olunan püşkatma mərasimində səpələnməmiş olan “Qarabağ” fevralın 16-da keçiriləcək ilk görüşə Bakıda çıxacaq. Konfrans Liqasında qrup ikincisi olan rəqiblə cavab oyunu ayın 23-də səfərdə baş tutacaq.

Qeyd edək ki, Ağdam klubu ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda çıxış edəcək. Bu ilin əvvəlində “Qarabağ” Fransa təmsilçisi “Marsel”ə uduzub – 1:3, 0:3.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR