• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Qonsalo Ramoşdan REKORD

İDMAN

07 Dekabr 2022 | 09:13

Qonsalo Ramoşdan REKORD

Portuqaliya millisinin futbolçusu Qonsalu Ramuş dünya çempionatları tarixində yeni nailiyyətlərə imza atıb.

Bakıvaxtı.az xəbər verir ki,  21 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində İsveçrəyə 6:1 hesabı ilə qalib gəldikləri oyunda müvəffəq olub.

DÇ-2022-də ilk het-trikin müəllifi olan forvard (21 yaş, 169 gün) 1962-ci ildə bunu bacaran macarıstanlı Florian Albertdən (20 yaş, 261 gün - Bolqarıstanla matç) sonra ən gənc ikinci oyunçu adına sahib çıxıb.

Ramuş həmçinin almaniyalı Miroslav Klozenin (2002-ci il: Səudiyyə Ərəbistanı) ardından turnirdəki start heyətində meydana çıxdığı ilk görüşündə üç qol vuran futbolçudur.

Qeyd edək ki, Portuqaliya dekabrın 10-da 1/4 finalda Mərakeş kollektivi ilə üz-üzə gələcək. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR