• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

"Qarabağ" Avropada 6 komandadan biridir

İDMAN

05 Yanvar 2023 | 16:37

"Qarabağ" Avropada 6 komandadan biridir

"Qarabağ" Avropada davam edən ölkə çempionatlarında uduzmayan 6 komandadan biridir.

Bakıvaxtı.az xəbər verir ki, "köhlən atlar" bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 16 qələbə qazanıb və 2 dəfə heç-heçə edib.

Azərbaycan çempionu ümumi sıralamada yalnız Serbiyanın "Srvena Zvezda" klubundan geri qalır - 17 qələbə, 2 bərabərlik.

Son olaraq İtaliya A Seriyasının lideri "Napoli" XVI turda səfərdə "İnter"ə uduzaraq, məğlubedilməz komandaların sırasını tərk edib.

Qeyd edək ki, siyahıda "Qarabağ" və "Srvena Zvezda" ilə yanaşı, Uelsin TNS (15 qələbə, 3 heç-heçə), Lüksemburqun "Svift" (13 qələbə, 2 heç-heçə), Yunanıstanın "Panatinaikos" (12 qələbə, 3 heç-heçə) və Andorranın "Atletik Eskaldes" (8 qələbə, 6 heç-heçə) komandaları da yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026