• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycanın daha 3 güləşçisi medal qazandı

İDMAN

03 Fevral 2023 | 00:30

Azərbaycanın daha 3 güləşçisi medal qazandı

Azərbaycanın daha 3 güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 125 kq-da çıxış edən Georgi Meşvildişvili finalda iranlı Əmir Hüseyn Abbasla qarşılaşmalı olsa da, zədələndiyi üçün döşəyə çıxmayıb. Nəticədə texniki məğlubiyyət alan idmançı gümüş medalla kifayətlənib.

92 kq-da ABŞ təmsilçisi Conatan Ayellonu məğlub edən Osman Nurmaqomedov və 97 kq-da polşalı Radoslav Barandan üstün olan Maqomedxan Maqomedov isə bürünc medala sahib çıxıblar.


SON XƏBƏRLƏR