• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Samir Abasov: "Penalti mübarizənin hədiyyəsi idi"

İDMAN

04 Mart 2023 | 19:02

Samir Abasov: "Penalti mübarizənin hədiyyəsi idi"

"Penalti futbolçuların göstərdiyi mübarizənin hədiyyəsi idi"

Bakıvaxtı.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis futbolçulara təşəkkür etdiyini söyləyib: "Bu matçda üç xal çox önəmli idi. Məğlub olsaydıq, hansı vəziyyətə düşəcəkdik, daha sonra həmin durumdan çıxa biləcəkdikmi? Çox suallar var idi. Komandanın istəkli olduğu görünürdü. Bu cür qarşılaşmada hansı komanda qol vursa, qalib gəlir. Bizim kimi kollektivlər elə bu cür oyunlarla qələbə qazana bilərlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026