• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Barselona" yeni rekorda imza atıb

İDMAN

02 Aprel 2023 | 10:51 | Müəllif: Subhan Mahmudov

"Barselona" yeni rekorda imza atıb

"Barselona" cari mövsüm İspaniya La Liqasında keçirdiyi 27 matçın 20-də qol buraxmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Kataloniya təmsilçisi bu göstəriciyə görə yeni rekoda imza atıb.

Komanda son olaraq XXVII turda "Elçe"ni dörd cavabsız qolla məğlub edib.

27 qarşılaşmada 71 xal toplayan "Barselona" çempionat tarixinin ikinci ən yaxşı nəticəsini də müəyyənləşdirib.

Qeyd edək ki, Xavi Ernandesin baş məşqçisi olduğu kollektiv hazırda turnir cədvəlində liderdir. Rəqibindən bir oyun az keçirən "Real Madrid" 56 xalla ikinci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026