• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Qarabağ"ın dünya reytinqindəki yeri MƏLUM OLDU

İDMAN

03 Aprel 2023 | 15:48

"Qarabağ"ın dünya reytinqindəki yeri MƏLUM OLDU

“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə daha 3 pillə geriləyib.

Bakıvaxtı.az “Opta” statistika platformasına istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahıda 72-ci yerə düşüb.

Ağdam təmsilçisi 84,6 reytinq xalına malikdir. Bununla belə, “Qarabağ” cədvəlin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olaraq qalmaqdadır.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. “Neftçi” (77,7) 239-cu, “Sabah” (76,2) 295-ci, “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci, “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci yerdə qərarlaşıblar.

“Qarabağ” MDB məkanı təmsilçiləri arasında ikinci sırada yer alıb. Azərbaycan çempionunu yalnız Ukrayna “Şaxtyor”u (Donetsk) qabaqlayır. “Şaxtyor” 85,3 reytinq xalı ilə 62-ci pillədədir.

Türkiyənin isə iki klubu ilk “100-lüy”ə düşə bilib. “Fənərbağça” (84,7) 70-ci, “Qalatasaray” (83,0) 95-cidir.

13 660 komandanın yer aldığı cədvəldə ikihakimiyyətlilik var. Almaniya təmsilçisi “Bavariya” ilə İngiltərə “Mançester Siti”si eyni xalla (100 xal) liderliyi bölüşdürürlər. İtaliya klubu “Napoli” (98,0) üçüncü pillədə yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026