• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Messi Səudiyyə Ərəbistanına icazəsiz gedib

İDMAN

02 May 2023 | 18:44 | Müəllif: Subhan Mahmudov

Messi Səudiyyə Ərəbistanına icazəsiz gedib

PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına səfər etmək üçün baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kamposdan icazə almayıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı hücumçu Fransa Liqa 1-in XXXIII turunda “Loryan”a məğlubiyyətdən (1:3) sonra Asiya ölkəsinə uçub. Paris təmsilçisi sözügedən qarşılaşmada qələbə qazanılacağı halda oyunçulara birgünlük istirahət vəd edib. Ancaq məğlubiyyətdən sonra bu, ləğv olunub. Bu səbəbdən komanda bazar ertəsi məşqə çıxıb. Futbolçuların bəziləri Messinin gedişinə görə şoka düşüblər.

Argentinalının PSJ ilə müqaviləsi bu yay başa çatır. Bu mövsüm hücumçu komandanın heyətində bütün yarışlarda 37 oyun keçirib, 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026