• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Şeydayev ulduz futbolçu ilə komanda yoldaşı ola bilər

İDMAN

31 May 2023 | 17:37

Şeydayev ulduz futbolçu ilə komanda yoldaşı ola bilər

"Qarabağ"dan ayrılan Ramil Şeydayev İspaniya yığmasının və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.

Bakıvaxtı.az "harianhaluan.com" saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə anlaşan Tayland təmsilçisi "Buriram Yunayted" 39 yaşlı yarımmüdafiəçini də heyətinə qatmaq istəyir.

Klubun direktoru Nyuin Çidçob yerli mətbuata açıqlamasında Yaponiyanın "Vissel Kobe" komandası ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.

Qeyd edək ki, Ramil Şeydayev "Qarabağ"la mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.


SON XƏBƏRLƏR