• Bakı 23° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Modriç Səudiyyə Ərəbistanına köçmək istəyir

İDMAN

01 Iyun 2023 | 14:42

Modriç Səudiyyə Ərəbistanına köçmək istəyir

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç komanda yoldaşı Kərim Benzema ilə birlikdə karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Bakıvaxtı.az "OK Diario" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılmaq istəyir.

Xorvatiyalı oyunçu klub rəhbərliyini məlumatlandırıb.

Modriçin sözügedən ölkədən 3 il ərzində 120 milyon avro qazana biləcəyi təklif aldığı bildirilib.

Qeyd edək ki, təcrübəli futbolçunun "Real Madrid"lə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.


SON XƏBƏRLƏR

01 Oktyabr 2023