• Bakı 16° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bu gün "Neftçi"nin oyunu var

İDMAN

01 Iyul 2023 | 09:59

Bu gün "Neftçi"nin oyunu var

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, hazırda baş məşqçisiz olan "ağ-qaralar" yerli "Zenit" komandası ilə qarşılaşacaq.

Sankt-Peterburqdakı "Qazprom Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.

"Match TV" turniri
1 iyul

20:30. "Neftçi" (Azərbaycan) - "Zenit" (Rusiya)
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
VAR hakimi: Sergey Tsıqanok
Sankt-Peterburq, "Qazprom Arena"

Qeyd edək ki, "Neftçi" turnirdə iyulun 8-də Serbiyanın "Srvena Zvezda", iyulun 12-də isə Türkiyənin "Fənərbağça" klubları ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026