• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gültəkin Şirinova güləş üzrə Avropa ikincisi oldu

İDMAN

30 Iyun 2023 | 22:36

Gültəkin Şirinova güləş üzrə Avropa ikincisi oldu

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. Dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

Bakıvaxtı.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova qarşılaşıb. Rəqibinə 0:2 hesabıyla uduzan Gültəkin Avropa ikincisi olub.

Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanovaya (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmayıb - 0:11. Mingəçevir güləş məktəbinin yetirməsi bürünc medal uğrunda türkiyəli Şevval Çayırla güləşib. Rəqibinə müqavimət göstərə bilməyən (0:10) Nərgiz 5-ci yerlə kifayətlənib.

Fatimə İsayeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Eniko Elekeşə "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün İsayeva təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçlə üz-üzə gəlib və bu qarşılaşmada da uduzub - 10:18.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR