• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tennisçilərimiz Ermənistan millisini məğlub etdi

İDMAN

29 Iyul 2023 | 19:45 | Müəllif: Subhan Mahmudov

Tennisçilərimiz Ermənistan millisini məğlub etdi

Monteneqroda "Davis Cup" turniri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub. Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək növbəti mərhələyə yüksəlib. Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb.

Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib.

Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026