• Bakı 24° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

“Mançester Siti” səfərdə qalib gəldi

İDMAN

27 Avqust 2023 | 20:23

“Mançester Siti” səfərdə qalib gəldi

“Mançester Siti” İngiltərə Premyer Liqasının III turunu qələbə ilə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, “şəhərlilər” “Şeffild Yunayted”lə səfər oyununda çətinliklə qalib gəliblər - 2:1.

Erlinq Holand 37-ci dəqiqədə penaltidən yararlanmağı bacarmasa da, 63-cü dəqiqədə qonaqları hesabda önə keçirə bilib. 85-ci dəqiqədə Ceydon Boql hesabda tarazlıq yaradıb. Üç dəqiqə sonra Rodri “Mançester Siti”nin qələbə qolunu vurub.

Üç oyunda maksimum nəticə - doqquz xal əldə edən Pep Qvardiolanın komandası vahid liderdir. “Şeffild Yunayted” xal qazana bilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR