• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Qarabağ" səfərdə qalib gəldi

İDMAN

25 Sentyabr 2023 | 21:08 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" səfərdə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.

Qurban Qurbanov baş məşqçi karyerasında ilk dəfə bu görüşdə qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı "Qəbələ"nin 4 xalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026