• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Premyer Liqa: "Sabah" bu gün "Sumqayıt"ın qonağı olacaq

İDMAN

25 Oktyabr 2023 | 09:25

Premyer Liqa: "Sabah" bu gün "Sumqayıt"ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Sumqayıt" "Sabah"ı qəbul edəcək.

"Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Paytaxt klubu 10 xalla 8-ci, "gənclik şəhəri" təmsilçisi 11 xalla 7-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

II tur
18:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Kapital Bank Arena"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026