• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qara Qarayev ittihamlara cavab verdi 

İDMAN

23 Noyabr 2023 | 22:32

Qara Qarayev ittihamlara cavab verdi

“Neftçi”nin futbolçusu Qara Qarayev onu milliyə dəvət etməyən yığmamızın sabiq baş məşqçisi Canni De Byazinin ittihamlarına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə özünü feysbuk hesabında paylaşım edib.

“Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli  formanı ləyaqətlə geyinmişəm!” - Qarayev bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026