• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ronaldo dayanmaq bilmir: Daha bir qol və məhsuldar ötürmə

İDMAN

23 Dekabr 2023 | 11:01 | Müəllif: Subhan Mahmudov

Ronaldo dayanmaq bilmir: Daha bir qol və məhsuldar ötürmə

Səudiyyə Ərəbistanı çempionatında 18-ci turun oyunları keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, tur çərçivəsində "Əl Nəsr" doğma meydanda "Əl İttifaq"ı qəbul edib. 

Ər-Riyaddakı  “Əl Avval Park” stadionunda keçirilən matçda meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, komandasının 2-ci qolununun ötürməsini də verib. Bununla da 38 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatında vurduğu qolların sayını 17-yə yüksəldərək bombardirlər siyahısında vahid liderliyini təmin edib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026