• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Stefano Pioli qovula bilər

İDMAN

23 Dekabr 2023 | 19:46

Stefano Pioli qovula bilər

“Milan” rəhbərliyi İtaliya çempionatının 17-ci turunda “Salernitana” ilə oyununda (2:2) heç-heçəyə görə qəzəblənib və yaxın saatlarda “rossonerilər”in baş məşqçisi kimi Stefano Pioli barəsində qərar verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Daniele Lonqo məlumat yayıb.

İtaliya A Seriyasının 17 turundan sonra Piolinin komandası 33 xal toplayıb və hazırda üçüncü yeri tutur. “Rossonerilər” birinci pillədəki “İnter”dən 8 xal geri qalır. İtaliya çempionatının son beş oyununda “Milan” üç qələbə qazanıb, bir dəfə heç-heçə edib, bir dəfə də uduzub.

Xatırladaq ki, Pioli 2019-cu ilin oktyabrından Milan komandasına rəhbərlik edir. 2021/2022 mövsümündə “Milan” İtaliya çempionu titulunu qazanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR