• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Honkonqda marafon zamanı BƏDBƏXT HADİSƏ

İDMAN

21 Yanvar 2024 | 21:40 | Müəllif: Subhan Mahmudov

Honkonqda marafon zamanı BƏDBƏXT HADİSƏ

Honkonqda “Standard Chartered Hong Kong” marafonu zamanı bir idmançı ölüb, 842 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bakıvaxtı.az xəbər verir ki, yarış yanvarın 21-i səhər saatlarında baş tutub.

Məlumata görə, marafondan sonra təxminən 30 yaşlı iştirakçılardan biri metro stansiyasının platformasında huşunu itirib. O, xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Yarış zamanı və yarışdan sonra əsasən burxulma və əzilmələrdən əziyyət çəkən 842 idmançı kömək üçün müraciət edib. Onlardan birinin vəziyyəti xüsusilə ağır, dördünün vəziyyəti isə ağırdır.

Yarışa gəlincə, kişilər arasında 42 kilometr məsafəni 2 saat 12 dəqiqə 50 saniyəyə qət edən keniyalı Anderson Seroy qalib olub. Qadınlar arasında isə efiopiyalı Medina Armino 2 saat 28 dəqiqə 47 saniyə nəticə ilə finişə birinci çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026