• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Karlo Ançelotti Luka Modriçə məşqçilər korpusunda yer almağı təklif edib

İDMAN

20 Fevral 2024 | 17:55

Karlo Ançelotti Luka Modriçə məşqçilər korpusunda yer almağı təklif edib

İspaniya təmsilçisi "Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçə Madrid klubunun məşqçilər korpusunda yer almağı təklif edib.

Bakıvaxtı.az "The Athletic"ə istinadən xəbər verir ki, 38 yaşlı xorvatiyalı buna görə italiyalı mütəxəssisə təşəkkür etsə də, prioritetinin futbolçu karyerasını davam etdirmək olduğunu bildirib.

Daha əvvəl Modriçin Madrid klubu ilə müqaviləsini yeniləməyəcəyi və karyerasını başa vuracağı barədə informasiya yayılmışdı.

Təcrübəli yarımmüdafiəçi 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm keçirdiyi 28 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Modriçin Madrid klubu ilə müqavilə müddəti 2024-cü ilin yayında başa çatır.


SON XƏBƏRLƏR

26 Iyul 2024