• Bakı 17° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.8456

    RUB - 0.0183

İki topun revanşı: “Braga” heç vaxt bunu bacarmayıb

İDMAN

20 Fevral 2024 | 16:20

İki topun revanşı: “Braga” heç vaxt bunu bacarmayıb

“Braga” avrokuboklar tarixində heç vaxt iki topluq fərqi aradan qaldırmayıb.

Bakıvaxtı.az İdman.biz-ə istinadən xəbər verir ki, bu faktı Portuqaliya mətbuatı araşdırıb.

Pireneylilər Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaqlar. Braqanın eyniadlı təmsilçisi 12 dəfə ilk sınaqda 2 və ya daha çox top fərqi ilə uduzub. Onlar heç vaxt bunu aradan qaldırmayıblar.

Əvvəlki 12 belə hadisədən 5-də revanş cəhdi səfərdə olub. “Qarabağ” “Braga”nın meydanındakı ilk matçda ən azı iki top fərqi ilə qalib gələn 6-cı komandadır. Əvvəlki 5 duelin yalnız birində heç-heçə edən “Braqa” 4 dəfə ikinci görüşdən də məğlub ayılıb. 2010/11 mövsümündə “Beşiktaş”a evdə 0:2 hesabı ilə uduzan portuqaliyalılar İstanbuldan sülhlə ayrılıblar – 1:1.

Ümumiyyətlə isə “Braga”nın tarixində yalnız bir səfər matçının nəticəsinin Bakıda təkrarlanması portuqaliyalıların lehinə olacaq. İndiyədək 89 dəfə rəqib meydanına çıxan komanda Serbiyada “Baçka Topola”nı 4:1 hesabı ilə məğlub edib. “İkinci eşelon” təmsilçisinin aktivində iki top fərqli 9 qələbə də var. Həmin nəticələrin təkrarlanması isə 1/8 finalçının adına əlavə vaxtda aydınlıq gətirəcək.

Qeyd edək ki, Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” “Braga” ilə cavab oyununa fevralın 22-də çıxacaq.


SON XƏBƏRLƏR

12 Aprel 2024