• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Messi bu tarixdə "Barselona"da oynayacaq

İDMAN

23 Noyabr 2023 | 15:45 | Müəllif: Subhan Mahmudov

Messi bu tarixdə "Barselona"da oynayacaq

2024-cü ildə "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Barselona" ilə vida matçını keçirəcək.

Bakıvaxtı.az bildirir ki, "Barselona" rəsmilərinin 2024-cü il noyabrın 29-da Messinin şərəfinə klubun 125 illik yubileyini qeyd edəcək matç keçirməyi planlaşdırdığı bildirilir. Argentinalı Kataloniya klubunun əfsanələrindən ibarət komandada çıxış edəcək, rəqibləri isə dünya futbolunun əfsanələrindən təşkil olunmuş dünya komandası olacaq.

Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb və argentinalı azad agentə çevrilib. O, qalmaq üçün maaşının yarısını verməyə hazır olduğunu etiraf edib. İspaniya komandasının tərkibində Messi 10 dəfə çempionluq, 7 dəfə ölkə kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Hücumçu iki il Fransanın Paris Sen-Jermen klubunda oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026