• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Neymar onlayn poker turnirində ikinci oldu

İDMAN

25 Oktyabr 2023 | 17:36

Neymar onlayn poker turnirində ikinci oldu

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar onlayn poker turnirində ikinci yeri tutub.

Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı braziliyalı hücumçunun qazancı 66 000 dollar olub.

Neymar oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpası 6 aydan çox çəkəcək.

Qeyd edək ki, Neymar bu yay Fransa klubu PSJ-dən “Əl-Hilal”a keçib. O, yeni komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026