• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Sabiq "Qarabağ"lı zədəsini sağalda bilmir

İDMAN

24 Noyabr 2023 | 12:15

Sabiq "Qarabağ"lı zədəsini sağalda bilmir

Fransanın “Sent-Etyen” klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vaci problemlə üzləşib.

Bakıvaxtı.az "Butfootballclub" nəşrinə istinadən xəbər verir ki, avqustun 12-də "Rodez"ə 2:1 hesabı ilə qalib gəldikləri Liqa 2-nin oyununda sıradan çıxan 28 yaşlı hücumçu hələ də zədəsini sağalda bilmir.

Onun dekabrın ortalarında yaşıl meydanlara qayıda biləcəyi ehtimal olunur. Daha əvvəl seneqallı forvardın oktyabrın sonlarında sıraya dönəcəyi gözlənilirdi.

Qeyd edək ki, İbrahima Vaci 2021/2022 mövsümündə "Qarabağ"ın formasını geyinib və komanda ilə Azərbaycan çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026