• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Milan” 15 yaşlı futbolçusunu “Fiorentina” ilə matça çağırdı

İDMAN

24 Noyabr 2023 | 16:47

“Milan” 15 yaşlı futbolçusunu “Fiorentina” ilə matça çağırdı

“Milan”ın baş məşqçisi Stefano Pioli 15 yaşlı hücumçu Françesko Kamardanı A Seriyasının 13-cü turunda “Fiorentina” ilə oyununa dəvət edib. 

Bakıvaxtı.az xəbər verir ki, əgər F. Kamarda “Fiorentina” ilə matçda iştirak etsə, o, A Seriyasında meydana çıxmış ən gənc futbolçu olacaq. Artıq futbolçunun adı oyunda iştirak edəcək futbolçuların siyahısına daxil edilib.

Qeyd edək ki, hazırda rekord 15 yaş 274 gündə “Genoa” ilə matçda əvəzedici kimi meydana çıxan “Bolonya”nın müdafiəçisi Uizdomu Ameyuya məxsusdur.

Məlumat üçün əlavə edək ki, Françesko Kamarda “Milan”ın yeniyetmələrdən ibarət komandalarının heyətində ümumilikdə 485 qola imza atıb.

Bu mövsüm Françesko Kamarda “Milan”ın gənclər komandasının heyətində 13 matçda iştirak edib. O, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026