• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimiz Polşaya uduzdu

İDMAN

24 Noyabr 2023 | 17:04

Millimiz Polşaya uduzdu

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün beşinci oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Polşa ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (7:25, 10:25, 7:25).

U-18 ilk 4 turda Latviya, Ukrayna, Estoniya və Litvaya da 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026