• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çelenc Kuboku: "Azərreyl" hər iki oyunu Bakıda keçirə bilməyəcək

İDMAN

25 Oktyabr 2023 | 15:25

Çelenc Kuboku: "Azərreyl" hər iki oyunu Bakıda keçirə bilməyəcək

"Azərreyl" Çelenc Kubokunun 1/16 final mərhələsində hər iki oyunu Bakıda keçirə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  paytaxt təmsilçisinin meneceri Zaur Namazov məlumat verib.

O, 1/16 finaldakı rəqib İspaniyanın "Avarka de Menorka" klubu ilə razılıq əldə etsələr də, Avropa Voleybol Konfederasiyasının (CEV) qərarının fərqli olduğunu bildirib.

Klub rəsmisi CEV-in qərarına əsasən qarşılaşmanın birinin İspaniyada, digərinin isə ölkəmizdə baş tutacağını söyləyib.

Qeyd edək ki, "dəmiryolçular" əvvəlki raundda Ukraynanın "Balta" komandasını mübarizədən kənarlaşdırıblar. Qarşılıqlı razılığa əsasən hər iki görüş Bakıda təşkil olunmuşdu. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026