• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

EEVZA: Millimiz Polşa ilə üz-üzə gələcək

İDMAN

24 Noyabr 2023 | 09:29

EEVZA: Millimiz Polşa ilə üz-üzə gələcək

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün beşinci oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Polşa ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.

U-18 ilk dörd turda Latviya, Ukrayna, Estoniya və Litvaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR