• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Mahir Emreli  rəmzi komandaya düşdü

İDMAN

26 Sentyabr 2023 | 16:02

Mahir Emreli rəmzi komandaya düşdü

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatında IX turun rəmzi komandasına düşüb.

Bakıvaxtı.az-ın “Sofascore”yə istinadən məlumatına görə, “Rudes”lə görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun üzvü ən yaxşı sağ vinger seçilib.

Onun performansı 8,3 balla qiymətləndirilib. Ən yüksək xala Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) layiq görülüb. O, qarşılaşmada het-trik müəllifi olub. Zaqreblilərin digər üzvü Qabriel Vidoviç isə 1 qol, 2 assist sayəsində 8,6 xala layiq görülüb.

Qeyd edək ki, “Dinamo” “Rudes”i səfərdə 5:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026