• Bakı 17° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimiz FIFA reytinqində irəlilədi

İDMAN

26 Oktyabr 2023 | 15:37

Millimiz FIFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.

Bakıvaxtı.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci sırada qərarlaşıb.

Komanda son olaraq AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub - 0:1.

Millinin rəqiblərindən Belçika (1793,1) 5-ci, İsveç (1545,76) 23-cü, Avstriya (1535,41) 25-ci, Estoniya (1159,33) isə 118-ci yerdədir.

Son dünya çempionu Argentina 1861,29 xalla liderdir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) üçüncüdür. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026