• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Millinin futbolçusu futboldan uzaqlaşdırıldı

İDMAN

26 Oktyabr 2023 | 15:48

Millinin futbolçusu futboldan uzaqlaşdırıldı

İtaliya millisinin və İngiltərənin "Nyukasl" klubunun futbolçusu Sandro Tonali 10 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, buna 23 yaşlı yarımmüdafiəçinin "Milan"da çıxış etdiyi zaman oyunlara mərc qoyması səbəb olub.

O, daha əvvəl törətdiyi əməli etiraf etmişdi. Tonali İtaliya yığması vəsiqə qazanacağı təqdirdə gələn il Almaniyada keçiriləcək Avropa çempionatında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, futbolçu yay transfer dönəmində "Milan"dan "Nyukasl"a keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR