İtaliyanın "Milan" klubu sabiq futbolçusu Zlatan İbrahimoviçə vəzifə verə bilər.
Bakıvaxtı.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı sabiq hücumçu klubun sahibi Cerri Kardinalla görüşüb və “rossonyeri”dəki mümkün gələcəyini müzakirə edib.
İbrahimoviçə təklif oluna biləcək vəzifə hələlik müəyyən edilməyib.
Qeyd edək ki, o, bu yay karyerasını məhz "Milan"da başa vurub. Təcrübəli isveçli forvard İtaliyada "İnter", "Yuventus". İspaniyada "Barselona", İngiltərədə "Mançester Yunayted", Niderlandda "Ayaks", ölkəsində "Malmö", Fransada PSJ kimi klubların formasını geyinib.