• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycan minifutbol millisi Türkiyə yığması ilə qarşılaşacaq

İDMAN

26 Sentyabr 2023 | 13:28

Azərbaycan minifutbol millisi Türkiyə yığması ilə qarşılaşacaq

Azərbaycan minifutbol millisi Türkiyə yığması ilə yoxlama görüşü keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a yığmanın baş məşqçisi Elşad Quliyev məlumat verib.

O bildirib ki, hazırda Antalyada təlim-məşq toplanışında olan komanda orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır:

“Rəqiblər Türkiyə komandaları olacaqlar. Növbəti həftədən qarşılaşmaların təşkili nəzərdə tutulub. Rəqiblərdən biri Antalya təmsilçisi, digəri isə Türkiyə millisi olacaq”.

Baş məşqçi dünya çempionatının keçiriləcəyi Birləşmiş Ərəb Əmirliklərində də 2 yoxlama görüşü keçirəcəklərini söyləyib:

“Oktyabrın 24-25-də Dubayda son sınaq matçlarımız olacaq. Orada daha güclü komandalarla görüşəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Elşad Quliyevin yetirmələri ilk görüşü oktyabrın 27-də İraqa qarşı keçirəcəklər.


SON XƏBƏRLƏR

08 May 2025