• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Arnautoviç Azərbaycan millisi ilə oyunu buraxacaq

İDMAN

25 Sentyabr 2023 | 17:01

Arnautoviç Azərbaycan millisi ilə oyunu buraxacaq

Avstriya yığmasının aparıcı futbolçusu Marko Arnautoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millisi ilə oyunları buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, buna 34 yaşlı hücumçunun “İnter”in heyətində İtaliya A seriyasının V turunda “Empoli” (1:0) ilə matçda zədələnməsi səbəb olub.

Tibbi müayinə zamanı Arnautoviçin sol budunda orta dərəcədə əzələ gərginliyini aşkar edilib. Onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Forvard bir neçə həftə sonra yenidən tibib yoxlanışdan keçəcək.

Qeyd edək ki, Avstriya yığması oktyabrın 13-də Belçika ilə evdə, üç gün sonra isə Azərbaycanla Bakıda qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026