• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Qalatasaray” öz meydanında məğlub oldu

İDMAN

24 Oktyabr 2023 | 22:45

“Qalatasaray” öz meydanında məğlub oldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda A qrupunda yer alan Türkiyə klubu “Qalatasaray” Almaniya nəhəngi “Bavariya”nı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, matçda hesabı 8-ci dəqiqədə qonaqlar açıblar. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. Buna baxmayaraq, “cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. 6 dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.

3:1 hesablı qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Bavariya” liderliyini möhkəmlədib. “Qalatasaray” isə 4 xalla ikinci pillədə qalıb.

İtaliya “İnter”i D qrupu çərçivəsində “Cüzeppe Meatsa”da Avstriya təmsilçisi “Zaltsburq”u sınağa çəkib. Əvvəlcə 19-cu dəqiqədə ev sahiblərindən Aleksis Sançes komandasını önə keçirib. 57-ci dəqiqədə avstriyalıların heyətində Oskar Qlux fərqlənsə də, bu, komandanın səfərdə xal qazanması üçün kifayət etməyib. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qarşısıalınmaz zərbə ilə “Zaltsburq”un ümidinin üstündən xətt çəkib. Yekunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

Hazırda “neradzurra” 7 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 3 xal olan “Zaltsburq” isə 3-cü sıradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR