• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Di Maria Messini “cırtdan” adlandırdı

İDMAN

28 Avqust 2023 | 10:48 | Müəllif: Subhan Mahmudov

Di Maria Messini “cırtdan” adlandırdı

"Benfika" klubunun yarımmüdafiəçisi Anxel Di Maria Lionel Messinin MLS-də debütündən sonra ulduz futbolçunun sosial şəbəkədəki paylaşımına zarafatyana şərh yazıb.

Bakıvaxtı.az xəbər verir ki, L.Messi ilə bərabər sonuncu dünya çempionatının qalibi olan futbolçu milli komandadakı həmkarı "Cırtdan, sən ağlını itirmisən, artıq dayan" şərhini yazaraq, Messinin son nəticələrinə  reaksiya verib. 

Xatırladaq ki, argentinalı ulduz Lionel Messi "İnter Mayami" ilə MLS-də debüt oyununa çıxıb. "İnter Mayami" səfərdə "Nyu York Red Bulls" komandası ilə qarşılaşıb.

Qarşılaşmanın 37-ci dəqiqəsində qonaqlar hesabda irəli çıxıblar. D.Qomez fərqlənib. 60-cı dəqiqədə meydana daxil olan Messi 89-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib - 2:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026