• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Türkiyənin daha bir məşhur klubu Azərbaycana gəlir

İDMAN

31 May 2023 | 20:28

Türkiyənin daha bir məşhur klubu Azərbaycana gəlir

"Zirə" və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda "Fənərbaxça" klubunun baş katibi Burak Kızılhanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça" klubunun ofisində keçirilən görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvüləri də iştirak edib. Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə "Zirə" və "Fənərbaxça"nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, bundan öncə "Qalatasaray" "Qarabağ"la, "Beşiktaş" "Sabah"la yoxlama görüşü keçirib.


SON XƏBƏRLƏR