• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Neftçi” Emin Mahmudovla bağlı qərarını verdi

İDMAN

29 Iyun 2023 | 22:35

“Neftçi” Emin Mahmudovla bağlı qərarını verdi

“Neftçi” yarımmüdafiəçi Emin Mahmudovla yeni müqavilə imzalayacaq.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər arasında uzun müddətdir, davam edən danışıqlar müsbət nəticə verib.

Azərbaycan millisinin üzvü yaxın günlərdə yeni sözləşməni imzalayacaq.

Xatırladaq ki, 2018-ci ilin sentyabrından “ağ-qaralar”ın formasını geyinən 31 yaşlı müdafiəçinin müqavilə müddəti başa çatıb. Tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmədiyi üçün danışıqlar uzanırdı. Bu səbəbdən Mahmudov “Neftçi”nin Rusiyanın Sanki-Peterburq şəhərindəki təlim-məşq toplanışına gedən heyətinə daxil edilməyib.

Qeyd edək ki, E.Mahmudov ötən mövsüm Azərbaycan Premyer Liqasında 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR