“Qarabağ”ın Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa satılan bilet sayı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, “Atlılar”ın mətbuat xidmətinin yaydığı məlumata görə, 15 min 500 bilet satılıb.
Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 5, 20, 30 və 75 manat təşkil edir.
Xatırladaq ki, Polşadakı ilk oyunda “Qarabağ” 2:3 hesabı ilə məğlub olub.
















