• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ronaldo 5 oyundur qol vura bilmir

İDMAN

29 Iyul 2023 | 10:49

Ronaldo 5 oyundur qol vura bilmir

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun heyətində ardıcıl 5-ci matçında qol vura bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən komanda Ərəb Klubları Çempionlar Kuboku matçında “Əş-Şabab”la heç-heçə edib.

Ronaldu da bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana çıxıb və qol vura bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qışda “Ən-Nəsr”ə keçən Ronaldu komandanın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub, iki məhsuldar ötürmə edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026