• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Buffon karyerası ilə bağlı qərar verdi

İDMAN

29 Iyul 2023 | 11:53

Buffon karyerası ilə bağlı qərar verdi

İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffon karyerasını başa vurmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb. O, bildirib ki, “Parma”nın 45 yaşlı qolkiperi yaxın zamanda qərarını açıqlayacaq.

“Parma”nın yetirməsi olan Buffon karyerası ərzində “Yuventus” və PSJ-nin də formasını geyinib. 10 dəfə İtaliya, bir dəfə Fransa çempionu olan qolkiper altı dəfə İtaliya kubokunu əldə edib. O, həmçinin, 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionluğunu qazanıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026