• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Mançester Siti" futbolçusu ilə müqaviləni uzatdı

İDMAN

29 Iyul 2023 | 12:30

"Mançester Siti" futbolçusu ilə müqaviləni uzatdı

İngiltərənin "Mançester Siti" komandası futbolçusu Natan Ake ilə müqavilənin müddətini uzadıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalanıb.

Sosial şəbəkə hesabından təəssüratlarını bölüşən 28 yaşlı oyunçu bunları yazıb: "Bu böyük klubla müqaviləmi uzatmaqdan çox məmnunam. Burada inanılmaz 3 il keçirdim. Növbəti 4 ilin bizə nə gətirəcəyini görmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, Natan Ake "Mançester Siti"yə 2020-ci ilin yayında İngiltərənin "Bornmut" klubundan keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026