• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurdu

İDMAN

30 Iyun 2023 | 18:58

Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurdu

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb.

Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün daha bir boksçumuz yarımfinal görüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026