• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neftçi" "Qarabağ" oyununda 6 QOL

İDMAN

02 May 2023 | 23:27 | Müəllif: Subhan Mahmudov

"Neftçi" "Qarabağ" oyununda 6 QOL

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, əzəli rəqiblər "Neftçi" ilə "Qarabağ" birincilərin meydanında üz-üzə gəliblər.

Qarşılaşma çempionatın lideri olan Ağdam klubunun 4:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Məğlub olan "Neftçi"nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib.

61 xalla üçüncü pillədə qərarlaşan bakılılar üçün ikinci sıradakı "Sabah" artıq əlçatmazdır. Lider "Qarabağ" isə xallarının sayını 81-ə yüksəldib.

Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Zirə"ni (3:1) səfərdə, "Sabah" "Şamaxı"nı (1:0), "Qəbələ" isə "Səbail"i (4:2) evdə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026