• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

PSJ Messini iki həftəlik cəzalandırdı

İDMAN

03 May 2023 | 00:46 | Müəllif: Subhan Mahmudov

PSJ Messini iki həftəlik cəzalandırdı

Fransanın "Paris Saint-Germain" klubu hücumçusu Lionel Messini Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün onu iki həftəlik oyunlardan kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb .

Radiostansiyanın məlumatına görə, Messi Səudiyyə Ərəbistanının turizm səfiri statusuna görə Ər-Riyada getməli olub. Lakin o, bu barədə PSJ-nin prezidenti Nasser Əl-Xelayfiyə xəbərdarlıq etməyib. Nəticədə futbolçunun olmaması da bəzi futbolçuların və baş məşqçinin narazılığına səbəb olub.

Klub Messinin davranışını ciddi pozuntu kimi qiymətləndirib və onu iki həftə matçlardan və məşqdə iştirakdan uzaqlaşdırmaq qərarına gəlib. Həmçinin, argentinalı hücumçu diskvalifikasiya müddəti üçün maaşından məhrum edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026