• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Beşiktaş”dan Azərbaycan dilində paylaşım: Can qardaş!

İDMAN

02 May 2023 | 22:35 | Müəllif: Subhan Mahmudov

“Beşiktaş”dan Azərbaycan dilində paylaşım: Can qardaş!

Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah” komandasının onları xeyriyyə matçı üçün Bakıya dəvət etməsi ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, “Beşiktaş” sosial media hesablarında etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib.

“Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib: “Salam, can qardaş,

Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026