• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Sumqayıt”ın futbolçusunun cəzası MƏLUM OLDU

İDMAN

03 Aprel 2023 | 13:17

“Sumqayıt”ın futbolçusunun cəzası MƏLUM OLDU

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayevin cəzası açıqlanıb.

Bakıvaxtı.az  xəbər verir ki, AFFA İntizam Komitəsi yarımmüdafiəçini 2 oyunluq diskvalifikasiya edib.

Buna səbəb Mustafayevin Premyer Liqanın XXVIII turunda “Turan Tovuz”la oyunda qırmızı vərəqə alması olub. “Gənclik şəhəri” təmsilçisi buna görə, 1600 manat cərimələnib.

Həmin qarşılaşmanın “Kəpəz” – “Səbail” matçı başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olması gəncəlilərin 1600 manat cərimə olunması ilə nəticələnib. Bənzər hadisə “Sabah” – “Qəbələ” görüşündən əvvəl yaşanıb. Bu üzdən bakılılar 1600 manat ödəməli olacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026